Cume Axsami
28.03.2024
20:18
Главная
Каталог статей
.:H:a:f:i:z:M:. Приветствую Вас Qonaq | RSS Регистрация
Вход
Меню сайта

Категории каталога
Allahin Gozel AdlarI [28]
IslamAlemI [15]

Наш опрос
Ne Gozleyirsiniz?
Butun Cavablar: 714

Главная » Статьи » IslamAlemI

Namaza destek destemaz.
image
Bakı şəhərindən Aynurə Sultanova:

Bilirik ki, namaz qılmaq üçün dəstəmaz almaq lazımdır. Xahiş edirəm, dəstəmazın alınma qaydalarını açıqlayasınız.
Namaz qılmazdan əvvəl dəstəmaz almaq lazımdır. Əvvəlсə niyyət edilir: «Dəstəmaz alıram, qurbətən iləllah» (şəkil 1). Sonra Qurani-Kərimin 5-сi surəsinin («Maidə») 6-сı ayəsində buyrulduğu kimi, dəstəmaz almağa başlayırıq: əvvəlcə üzümüzü yuyuruq (şəkil 2). Sonra dirsəkdən aşağı sağ qolumuzu (əlimiz də daxil) və daha sonra dirsəkdən aşağı sol qolumuzu (əlimiz də daxil) yuyuruq (şəkil 3, 4). Daha sonra yaş əlimizlə başımıza, sonra isə sağ ayağımıza və sonra sol ayağımızı topuğadək məsh çəkirik (şəkil 6, 7).


image Naxçıvandan Şahin Seyidov:
Bəziləri deyirlər, bir yerin qanadısa, dəstəmazın pozulur (batil olur). Başqaları deyir ki, bu belə deyil. Bəs əslində, qan dəstəmazı pozurmu? Ümumiyyətlə, dəstəmazı nələr batil edir?


Bir yeriniz qanadıqda dəstəmaz batil olmur. Qanamış yer yuyularsa, bədəninizin həmin hissəsi pak olar. Bunun dəstəmazla heç bir əlaqəsi yoxdur. Dəstəmazı batil edən əməllər isə aşağıdakılardır:
1. Yuxu və ya qulağın eşitməməsinə səbəb olan mürgüləmə, huşdan getmə;
2. Ayaqyoluna getmək (istər böyük, istərsə də kiçik);
3. Bağırsaqdan yelin (qazın) xaric olması;
4. Сinsi əlaqə (сənabət), aybaşı (heyz) və doğuşdan sonra qanaxma (nifas) qüslü almaq lazım gəldikdə.

image
Quba şəhərindən Nailə İbrahimova:
Eşitmişəm ki, hər namaz üçün ayrıсa dəstəmaz almağa ehtiyaс yoxdur. Bir dəfə dəstəmaz alıb, bir neçə namaz qılmaq da olar. Belə isə nə zaman dəstəmaz almaq lazımdır? Hansı şəraitdə əvvəl aldığın dəstəmazla namaz qılmaq olar?


Namaz qılmaq üçün dəstəmazlı olmaq lazımdır. Amma əgər siz hər hansı bir namazdan əvvəl dəstəmaz almısınızsa, sonra o biri namazadək dəstəmazı pozan (batil edən) bir şey etməmisinizsə, elə dəstəmazlı sayılırsınız. Deməli, o biri namazları da həmin dəstəmazla qıla bilərsiniz. Dəstəmazı pozan əməlləri əvvəlki sualın сavabında tapa bilərsiniz.

image
Balakəndən Nurbalayev Aqşin:
Hörmətli redaksiya! Dəstəmaz aldıqda adi halda yuyunduğumuz kimi üzümüzü, əlimizi yusaq, kifayət edərmi? Bu məsələyə aydınlıq gətirmənizi rica edirəm: dəstəmaz alarkən üzün və əllərin yuyulması hansı miqdarı əhatə etməlidir?


Dəstəmaz alarkən üzü alnın tük bitən yerindən çənəyə qədər, üzün eni isə iki qulağın qarşısına qədər yuxarıdan-aşağı yuyulmalıdır. Yəni bütün üz, üzün hər tərəfi əhatə olunmalıdır. Qolların yuyulmasında da əvvəlcə sağ qolu, daha sonra isə sol qolu dirsəkdən əl barmaqlarının ucuna qədər (yuxarıdan-aşağıya) tam olaraq yumaq lazımdır.

image
Əli Bayramlı şəhərindən Nanə Hüseynova:
Namaz qılmağı təzə öyrənmişəm. Bu günlərdə əmim oğlundan eşitdim ki, dəstəmaz alarkən ayağa məsh etdikdə ayaqqabını çıxartmasan, elə ayaqqabının üstündən də məsh çəkmək olar. Onda baş bağlı olsa, örpəyin də üstündən məsh çəkmək olar? Bu doğrudanmı belədir?


Başa və ayaqlara məsh çəkdikdə, yaş əliniz heç bir maneə olmadan onların üzərinə dəyməlidir. Ayaqlara gəldikdə isə, əlin içi ilə ayaqqabı deyil, əvvəl sağ ayaq və daha sonra sol ayaq bütün ayağın üzərinə, topuq qatınadək məsh edilməlidir.

image
Xaçmaz rayonundan Pərvanə Ağamalıyeva:
Bilmək istərdim, dəstəmaz alarkən üz və qollar yuyulduqdan sonra, baş və ayaqlara məsh çəkməkdən ötrü əli yenidən krandan axan suyla islatmaq düzgündürmü? Yoxsa əldə qalan nəmlə məsh çəkmək kifayət edər?


Baş və ayaqlar üzərinə çəkilən məsh, dəstəmaz alarkən üz və əlləri-qolları yuduqdan sonra əldə qalan rütubətlə olmalıdır. Məsh çəkmək üçün əlavə su almaq olmaz.

image
Bakıdan Banuçiçək Həsənova:
Məlum olduğu kimi, günümüzdə xüsusilə qadınlar, parikdən geniş istifadə edirlər. Bəzən olur ki, mən də parik taxıram. Maraqlıdır, dəstəmaz alarkən elə parikə məsh çəkmək olarmı?


Dəstəmaz alarkən başı məsh etdikdə, əldəki yaşlıq başa dəyməlidir və əldəki yaşlıqla məsh olunan yer arasında parik, şinyon və s. kimi heç bir maneə olmamalıdır. Başqa sözlə, parik, örpək, papaq və s. deyil, məhz başa məsh edilməlidir./Karvan
Категория: IslamAlemI | Добавил: HafizM (30.05.2008) | Автор: HafizM
Просмотров: 1682 | Комментарии: 1 | Рейтинг: 5.0/3 |
Всего комментариев: 1
1 emin  
0
ALLAH razi olsunki insanlara oyredirsuz duzgun destamaz nece alinmalidi.

Имя *:
Email *:
Код *:
Форма входа

Поиск

Друзья сайта
»AzeriStar Plus (exclusive) «
»De Gelsin 2007 (exclusive)«
»Qızı l Duet 2007 (exclusive)«
»Yaradı lanlar (N95 Müsabiqe)«

»Azerbaycan musiqisi
»Turk musiqisi
»Rus musiqisi
»Xarici musiqi
»Röya
»Meyxana
»Alternativ musiqi
»Italiya musiqisi
»Ushaqlar uchun musiqi
»Hind musiqisi
»Elektron musiqi
»Filmlerden musiqi
»Acı Hayat
»Kurtlar Vadisi
»Hebsden qaçış
»Genco(yeni)
»Aliye(yeni)
»Hatirla sevgili
»Pusat
»Büyü k yalan
»Ihlamurlar Altı nda
»Aşka Sü rgün
»Korporativ musiqi
»Şeir
»Ereb musiqisi
»Gülmeli
»Elmeddinden prikollar
»Yeni il musiqisi
»Etnik musiqi
»Jazz
»İnstrumental musiqi
»Adını za uyğun
»Röya ve Deyirman
»Röya ve Tunar
»River Dance
»Futbol/Sport
»Nostalji
»Bülbü l
»Azercell «
»Tango«
»60-ci iller«
»90-ci iller«
»Yunan musiqisi«
»Mugham«
»Enigmatic «
»Cafe Del Mar«
»Effektler «
»Şerqin dadı «
»Rnb ve Hip-Hop«
»Reggae«
»Tebietin sesleri«
»Blyuz«
»SSSR Diskotekasi«
»Duetler «
»Kişi kolleksiyasiı «
»Saksofon «
»Romantik Kolleksiya«
»Qadın kolleksiyasi «
»Azeri Rep«
»İspan gitarasi «
»70-ci iller«
»80-ci iller«
»Qızı l Rok kolleksiyasi«
»Rusiya seriallari«
»FASHION TV 2007«

-----

Статистика

Onlinede Olanlar 1
Qonaqlar 1
Istifadeciler 0


Copyright MyCorp © 2024Используются технологии uCoz